28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ Ermənistana 40-a qədər müşahidəçi göndərir

17.10.2022

Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər.

Bu barədə Aİ Şurasının bəyanatında deyilir:

"Bu gün Şura vəziyyətin monitorinqi, təhlili və hesabatı üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a qədər Aİ ekspertinin göndərilməsi barədə qərar qəbul edib”.

Aİ vurğulayır ki, regionda mülki missiyanın yaradılması ilə bağlı qərar oktyabrın 6-da Praqada Azərbaycan, Ermənistan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının rəhbəri arasında keçirilən görüşdən sonra verilib və məqsəd "bölgədə sülhün və təhlükəsizliyin bərpasına, iki dövlət arasında etimadın möhkəmləndirilməsinə və beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir”.

Mənbə: TASS