28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan: "Ermənistan torpaqları Qərbi Azərbaycandır"

17.10.2022

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində keçid məntəqələrinin yaradılması ilə bağlı paylaşım edib.

"DM" Azvision.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Tvitter hesabında yazıb.

"Bir neçə aydır Ermənistan hökuməti Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqənin yaranmasını təmin edəcək 3 buraxılış məntəqəsinin açılması ilə bağlı ilkin qərarı müzakirə edir və Azərbaycanın reaksiyasını gözləyir”, - Tviterdə bildirilib.

Burada maraq doğuran hadisənin özündən çox, Paşinyanın "Şərqi Azərbaycan” ifadəsini işlətməsidir. Çünki əgər Ermənistanla sərhəd ərazilərimiz "Şərqi Azərbaycan”dırsa, deməli, avtomatik olaraq, indiki Ermənistan torpaqları Qərbi Azərbaycandır. Və bunu başqası yox, Ermənistanın baş naziri özü etiraf edir.

Tvitdəki ifadəni texniki səhv saymaq düz olmazdı. Bu, daha çox psixoloji məsələdir: görünür, Ermənistan dövlətinin Qərbi Azərbaycan torpaqlarında qurulmuş olması barədə tarixi həqiqətlər daha çox təkrarlandıqca, erməni ictimai və siyasi şüuru da artıq bu düşücə şablonları ilə işləməyə başlayır. Paşinyan isə özünü təlxəkliyə qoysa da, axmaq adam deyil və tarixi gerçəkliyi bilir.