27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda ana və övladı zibillikdə gecələyir

17.10.2022

Bakıda qadın və azyaşlı uşağı küçədə gecələyirlər.

"DM" xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərin paytaxtın Xətai rayonu, "Həzi Aslanov” metro stansiyasının yaxınlığında lentə alındığı deyilir. İlkin məlumata görə, ana və övladı ərazidəki qəbiristanlığın yanındakı zibillikdə qalırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər barəsində araşdırma aparılır:

"Həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi təmin olunacaq”.