08 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentliyə namizədlər irəli sürülə bilər

08.02.2018

Azərbaycanda artıq növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər irəli sürülə bilər.
Seçki Məcəlləsinə əsasən seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları prezidentliyə namizədləri irəli sürə bilərlər.
MSK-nın növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi barədə qərar artıq rəsmi dərc olunub. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək dövrü əhatə etməlidir. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri üçün bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.