27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Borrell İrandan repressiyaları dayandırmağı tələb edib

14.10.2022

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla danışıb.

"DM" xəbər verir ki, Borrell bu barədə "Twitter"də bildirib.

"Mən Aİ-nin aydın və vahid mövqeyini bir daha çatdırmaq üçün İran XİN başçısı ilə telefon əlaqəsi saxladım. İranda insanların dinc etiraz etmək və fundamental hüquqları müdafiə etmək hüququ var. Zorakı repressiyalar dərhal dayandırılmalı, etirazçılar azad edilməli və internetə çıxış təmin olunmalıdır".

O bildirib ki, səlahiyyətli şəxslər məsuliyyətli davranmalıdır.