27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda etirazçılar dinc əhaliyə atəş açan zabiti yandırıblar

14.10.2022

İranın Tehran şəhərində etirazçılar dinc əhaliyə atəş açan və bir neçə nəfəri yaralayan "Bəsic” zabitini yandırıblar.

"Azad İran” "Telegram” kanalı xəbər verir ki, narazı insanlar ötən gecə hava qaralanda nümayişə başlayıblar. Xüsusi təyinatlılar və "Bəsic” qüvvələri birbaşa atəş açaraq etirazçıları dağıtmağa çalışıblar.

Hökumət qüvvələrinin açdığı atəş nəticəsində bir neçə gənc ağır yaralanıb. Xalqın müqavimətindən sonra repressiv qüvvələr gənclərin hücumu nəticəsində qaçmağa məcbur olublar.

Digər xüsusi təyinatlılardan ayrı düşən "Bəsic” zabiti qəzəbli kütlə tərəfindən ələ keçirilib və üzərinə neft tökülərək yandırılıb.