29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkili ingilis dilli məktəblər açmağa ÇAĞIRDI

12.10.2018

"Ölkəmizdə yeni rusdilli məktəblərin açılması barədə qərarı təqdir edirəm. Amma bununla yanaşı, ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir”.
"Dövran Media"nın məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib. O bildirib ki, Azərbaycanda ingilis dilli məktəblər var, lakin onlar çox bahalıdırlar. 
"İngilis dilli pulsuz məktəblərin olmasına ehtiyac var”. 
Rusiyanın Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətində olduğunu deyən Q. Həsənquliyev vurğulayıb ki, dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin ölkəmizdə filialının açılması istiqamətində işlər görülməlidir. 
Bundan əlavə, deputat xaricdə təhsil alan tələbələrin Azərbaycanda işləməsi məsələsinə toxunub. 
"Çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əmək haqqının azlığına görə çalışmaq istəmir, yenidən geri qayıdırlar. Həmin uşaqlar üçün fərqli maaş təklif etmək imkanı olmalıdır. Biz dövlət orqanları, idarə təşkilatları üçün belə bir imkan yaratmalıyıq ki, fərqli əmək haqqı imkanları yarada bilsinlər. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.