28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xınalıq kəndinə su və kanalizasiya xətti çəkiləcək

14.10.2022

"Quba rayonunun Xınalıq kəndinin 2023-2024-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına salınması üçün layihə hazırlanır”.

"DM"-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, hazırda kənddə bərpa-quruculuq işləri görülür:

"16 ev təmir olunub. Bu ilin sonuna isə daha 11 evin bərpası nəzərdə tutulub. Bunun üçün İrandan mütəxəssislər dəvət olunub”.

Sədr qeyd edib ki, UNESCO-nun tələbinə əsasən kəndə su və kanalizasiya xətti çəkiləcək.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib.