27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Makronu nüvə silahı ilə bağlı fikirlərinə görə tənqid edib

14.10.2022

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Fransa Prezidenti Emmanuel Makronu nüvə silahı ilə bağlı səsləndirdiyi fikirlərinə görə tənqid edib.

Belə ki, Makron açıqlamasında bildirib ki, Ukraynada taktiki nüvə silahının istifadəsi halında cavab reaksiyası kimi ölkəsinin hərbi doktrinası nüvə silahı tətbiq etməyin mümkünlüyünü nəzərdə keçirmir.

"Bu bəyanat prezident Makronun kartlarını ortaya qoyur”, - deyə Uolles jurnalistlərin Fransa liderinin sözlərini şərh edərkən deyib.

Britaniya nəşrinin NATO-dakı mənbəyi Uolleslə razılaşaraq bildirib ki, Makronun sözləri "çəkindirmə prinsiplərini” pozur. "Biz belə ssenarilərin təfərrüatına girmirik”, - deyə mənbə bildirib.

Makron Fransanın özündə də tənqid edilib. Onun prezidentlikdəki sələfi Fransua Olland (2012-2017) xatırladıb ki, nüvə silahından çəkindirmə prinsipi nüvə güclərinin kritik vəziyyətdə "nə edə biləcəkləri barədə heç nə deməmələri”nə əsaslanır

Mənbə: The Daily Telegraph