29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatlar medal İSTƏDİLƏR

12.10.2018

"Parlamentin 100 illiyi ilə bağlı gətirib bizə xatirə medalı veriblər. Ancaq o daşına bilən bir şey deyil. Milli Məclisin 100 illik yubileyi ilə bağlı medal təsis olunmalıdır. Niyə bu medal təsis olunmur? Niyə görə bu insanlar, müstəqillik dövründə qanunları qəbul edən deputatlar bu medallarla təltif edilmirlər? Bu məsələyə aydınlıq gətirilməlidir”.
"Dövran Media"nın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bəlkə, doğrudan da medala layiq olan deputatlar bu Milli Məclisdə yoxdur.
"Kənar orqanlarda işləyənlərə medal verən Milli Məclisin özünün medalı yoxdur. Bu məsələyə aydınlıq gətirilməlidir. Çünki çox ciddi məsələdir”.
V.Əhmədov qeyd edib ki, onsuz da Milli Məclisin səlahiyyətləri əlindən alınıb.
"Milli Məclisin 100 illik yubileyi ilə bağlı medal təsis olunması çox vacibdir. Medalın təsis olunmaması Milli Məclisin üzvlərinə yüksəklik gətirmir. Biz özümüzə qiymət verməliyik. Belə olmaz axı”.
Vahid Əhmədovun çıxışına cavab verən birinci vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, parlamentin 100 illiyi ilə bağlı xatirə medalı bütün deputatlara verilib.
"Mən sizinlə razı deyiləm ki, Milli Məclisin səlahiyyətləri əlindən alınıb. Milli Məclisin kifayət qədər səlahiyyəti var və ondan da istifadə edir. Parlamentin 100 illiyi ilə bağlı medalın təsis edilməsi məsələsini isə müzakirə etmək olar. Lazım bilinsə yəqin ki, təkliflər olacaq”.