29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda ticarət obyektində yanğın söndürülüb - VİDEO

14.10.2022

Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3016-cı məhəllədə yerləşən ikimərtəbəli ictimai iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

FHN-dən verilən xəbərə görə, yanğın nəticəsində obyektin ikinci mərtəbəsində yerləşən sahəsi təxminən 240kv.m olan restoranın yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının binanın birinci mərtəbəsinə və bitişik yerləşən obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində binanın ümumi sahəsi 440kv.m olan və ticarət mağazalarından ibarət birinci mərtəbəsi və bitişik obyektlər yanğından mühafizə edilib.

Yanğın zamanı birinci mərtəbədə yerləşən mağazalardakı malların yanğınsöndürən və xilasedicilər tərəfindən çıxarılaraq təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.