29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanda siyasi mübarizə güclənir

12.10.2018

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə siyasi mübarizə güclənir.
Ölkə mətbuatı "Edison Research” şirkətinin ölkədə keçirdiyi sosioloji sorğunun nəticələrini dərc edib.
Sorğunun nəticələrinə görə, "Vahid Milli Hərəkat” partiyasının yaratdığı "Güc birlikdədir” ictimai birliyinin namizədi Qriqol Vaşadze namizədlər arasında ən çox səs qazanıb. Respondentlərin 22 faizi Q.Vaşadzeyə səs veriblər.
İkinci yerdə 18 faizlə "Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradze dayanıb.
Hakim "Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 15 faiz səslə üçüncü yerdədir.
Parlamentin sədri İrakli Kobaxidze "Edison Research”in sorğusunu qeyri-ciddi adlandırıb və bildirib ki, bu sorğu ölkədəki siyasi güclərin real balansını əks etdirmir.
Politoloq Arçil Qamzardiya isə bildirib ki, 2012-ci ildə keçirilən seçkilərdən sonra müxalifət ilk dəfədir ki, real qələbə şansı qazanıb. O, qeyd edib ki, əgər seçkilərin ikinci turu keçirilsə, müxalifətin qələbə şansı əsaslı dərəcədə artacaq.