29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda 13 yaşlı məktəbli bir qrup şagird tərəfindən döyülüb - VİDEO

14.10.2022

Ağcabədi rayonu, 2 saylı Xocavənd kənd tam orta məktəbinin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin digər şagirdləri tərəfindən döyülüb.

Bununla bağlı videogörüntülər yayılıb.

Kadrlardan görünür ki, döyülən azyaşlı onu hədələyənləri görüb dala çəkilir. Aralarından bir nəfər isə bunu fürsət bilib onu yumruqlayır.

Azyaşlının anası Naimə Əliyeva iddia edir ki, oğlu bu hadisədə xəsarət alıb. Həmin şagirdlər hadisəni telefonla videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Bununla isə övladına psixoloji zərbə vurublar.

Hadisədən sonra ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.