29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin: “Türkiyədə Avropanın ən böyük qaz habı yaradıla bilər”

13.10.2022

"Türkiyədə yaradılması təklif olunan qaz qovşağı qazın qiymətinin müəyyənləşdirilməsi platformasına çevrilə bilər ki, bu da sözügedən məsələnin siyasiləşdirilməsini istisna edəcək”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Astanada ikitərəfli görüşdə deyib.

"Bu gün bu qiymətlər həddən artıq yüksəkdir, biz onları heç bir siyasi çalarlar olmadan, asanlıqla normal bazar səviyyəsində tənzimləyə bilərik”, - deyə Putin bildirib.

Rusiya Federasiyasının prezidenti bildirib ki, çərşənbə günü Moskvada keçirilən Rusiya Enerji Həftəsi forumunda Türkiyənin energetika naziri, "Botaş” və "Qazprom” şirkətlərinin rəhbərliyi ilə məsləhətləşmələr aparılıb.

"Mən bunu açıq şəkildə dedim: əgər Türkiyədə və başqa ölkələrdəki potensial alıcılarımızda maraq olarsa, biz digər ölkələrə, üçüncü ölkələrə, ilk növbədə, əlbəttə ki, Avropa ölkələrinə, əgər bunda maraqlı olarlarsa, satış üçün daha bir qaz qovşağını Türkiyədə yaratmağı nəzərdən keçirə bilərik”, - deyə Putin qeyd edib.

Putin hesab edir ki, Baltik dənizinin dibi ilə "Şimal axını” ilə itirilmiş qaz tranziti Qara dəniz regionuna ötürülə bilər və bununla da Türkiyədə Avropanın ən böyük qaz habı yaradıla bilər.

Mənbə: TASS