29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

16 yaşlı oğlanlar tərəfindən maşınında öldürülən Çərkəz idmançı imiş

13.10.2022

Oktyabrın 9-da axşam saatlarında Hövsan qəsəbəsində 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən amansızlıqla öldürülən 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərov idmançı olub.

"Qafqazinfo” xəbər verir ki, dostları onun uzun müddət idmanla məşğul olduğunu qeyd ediblər.

İşdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə hadisə baş verən gün 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər. Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu öldürən şəxslər daha sonra maşınını götürərək qaçıblar. Hadisədən qısa vaxt sonra qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb və yeniyetmələr tutularaq istintaqa cəlb edilib.

Mərhum Çərkəz Ələsgərovun fotosunu təqdim edirik: