09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

MDB Dövlət Başçıları Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

13.10.2022

MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2023-cü il oktyabrın 13-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.

"DM” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"MDB liderləri 2023-cü il yanvarın 1-dən təşkilatda sədrliyin Qırğız Respublikasına keçməsi ilə bağlı qərar qəbul edəcəklər (Qazaxıstan və Rusiya həmsədr olacaq). Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13 oktyabr 2023-ci il tarxində keçirilməsini təklif edib. Bu təkliflərin təsdiq ediləcəyini gözləyirik", - o deyib.

Bundan əlavə, 2023-cü il yanvarın 1-dən İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedevin səlahiyyətlərinin daha üç il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsi gözlənilir.

Uşakovun sözlərinə görə, Astana iclasının iştirakçıları həmçinin 2024-2026-cı illər üçün MDB-də tematik illəri müəyyənləşdirəcək, həmçinin 2023-cü ildə MDB-nin mədəniyyət paytaxtını seçəcəklər.

"Burada Sankt-Peterburqun namizədliyinə baxılır. Bu təklifin də dəstəklənəcəyi gözləyirik”, - o əlavə edib.