29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Badamdar sakinlərinə XƏBƏRDARLIQ: “Evinizi tərk edin!”

12.10.2018

2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.
Bu haqda Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi,  Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerində olublar.
Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.
Vətəndaşların və Badamdar yolundan keçən avto nəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Hazırda ərazidə araşdırmalar aparılır.