03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hamilton: ABŞ İrəvana can atır, şans yaranıb

13.10.2022

Vaşinqtonun fəaliyyətinin motivlərindən biri də İrəvanda məyusluğa səbəb olan Ermənistan-Azərbaycan sərhəddindəki son toqquşmalar fonunda Rusiya və KTMT-nin Ermənistana dəstək verməməsidir.

"DM" xəbər verir ki, bunu amerikalı hərbi analitik Robert Hamilton deyib.

"ABŞ özü üçün yaxşı fürsət görür və Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün bundan istifadə etməyə çalışır. Cənubi Qafqaz bütün Qara dəniz regionunun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Qara dəniz regionunda təhlükəsizlik və sabitlik ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh prosesində daha fəal iştirakının digər səbəbidir. Bu gün Ermənistan və Türkiyə "futbol diplomatiyası” dövrü ilə müqayisədə bir-birinə daha da yaxınlaşıb. Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Moskvanın Cənubi Qafqaz regionunda rolu xeyli azalıb və bu, Ermənistanın da mövqelərinin zəifləməsinə gətirib çıxarıb”, - o bildirib.

Ekspertin fikrincə, hazırda Rusiyanı həqiqətən narahat edə biləcək yeganə hadisə Ermənistanın KTMT-yə üzvlüyünün dayandırılmasıdır:

"Ruslar bunu çox ciddi qəbul edəcəklər”.