03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Reznikov Lambrextlə Ukraynanın HHM sisteminin gücləndirilməsini müzakirə edib

13.10.2022

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Brüsseldə almaniyalı həmkarı Kristine Lambrextlə görüşüb.

"DM" xəbər verir ki, bu barədə nazir Reznikov "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, Ukraynanın humanitar obyektlərini qorumaq üçün "Gepard" zenit kompleksi üçün sursat və ehtiyat hissələrinin tədarükü müzakirə olunub.

"Biz eyni zamanda, mühəndislik maşınlarının təchizatı, Ukrayna ordusunun Almaniyada təlimi, Ukraynaya göndərilən alman silahları üçün birgə xidmət mərkəzinin yaradılması məsələləri barədə də fikir mübadiləsi apardıq”, - ukraynalı nazir əlavə edib.