03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Xersondan əhalini köçürür

13.10.2022

Ruslar Xerson şəhərində döyüşlərin olacağını gözləyirlər. Ona görə də şəhərin bəzi mülki əhalisinin təxliyəsi üçün hazırlığa başlayıblar.

"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Oktyabrın əvvəlində Xersondan şimala 20 km-ə yaxın məsafədə geri çəkilən rus qoşunları Milovo kəndinin qərbində yeni cəbhə xəttini gücləndirməyə çalışırlar. Bu cəbhə xəttindəki rus qoşunlarının əksəriyyəti Hava Desant Qüvvələrinin az sayda bölmələridir. Son günlər Rusiyanın hakimiyyət orqanları Xersondan bəzi mülki əhalinin təxliyəsinə hazırlaşmaq barədə əmr verib. Çox güman ki, onlar döyüşlərin Xerson şəhərinin özünə də yayılacağını gözləyirlər”, - məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Xersondakı universitetlərdə Rusiya ilə əməkdaşlıq edən müəllimlərin Krıma köçürülməsi tövsiyə olunduğu haqda məlumat yayılmışdı