28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan hərbi hazırlığın miqyasını artırır

13.10.2022

Ermənistanda ehtiyatda olan hərbçilərin çağırış müddəti 3 aydan 25 günə endiriləcək, lakin iştirakçıların sayı artırılacaq.

"DM" xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan hökumətin iclasında bildirib.

"Artıq silahlı qüvvələrdə belə bir prosedur var ki, könüllü olaraq təlim keçmək istəyənlər 25 gün müddətinə hərbi xidmətə çağırıla bilər. Bu modelə görə 25 gündə bütün ehtiyatda olan hərbçilər üçün ümumi təlim düşərgələri də keçiriləcək”,- Papikyan qeyd edib.

O bildirib ki, yaxın vaxtlarda Müdafiə Nazirliyi təkliflə çıxış edəcək, ona əsasən, qadınlar atıcılıq tirlərində odlu silah təlimi keçə biləcəklər.