27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Ukraynaya bu raketləri verib

13.10.2022

Britaniya NASAMS hava hücumundan müdafiə sistemləri üçün AMRAAM raketlərini Ukraynaya təhvil verib.

"DM" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

"Rusiyanın Ukraynadakı mülki ərazilərə qarşı ən son hücumları öz ölkələrini müdafiə etmək istəyənlərin davamlı dəstəyini tələb edir. Ona görə də bu gün mən Ukraynaya AMRAAM zenit-raket komplekslərinin tədarükünə icazə verdim”, - o bildirib.

Qeyd edək ki, Böyük Britaniya yaxın həftələrdə təslim ediləcək qabaqcıl AMRAAM raketlərinin ABŞ-ın vəd etdiyi NASAMS hava hücumundan müdafiə sistemi ilə birlikdə istifadə oluna biləcəyini bildirib. London Kiyevə həmçinin yüzlərlə əlavə digər tipli zenit-raket kompleksi, pilotsuz təyyarə və daha 18 haubitsa verəcək.