Litva Ukraynaya yeni hərbi yardım göndərir  
    
                          
     
                         13.10.2022
 
    
                        Litva Ukraynaya yeni hərbi yardım göstərəcək, bu yardıma qış geyimləri, avadanlıqlar, eləcə də ağır texnika daxildir.
"DM" xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anusauskas Tvitterdə yazıb.
"Biz Ukrayna Silahlı Qüvvələrinə qış geyimi və texnikası verəcəyik, maddi təminat üçün əlavə vəsait ayıracağıq, 120 millimetrlik minaatan, zirehli texnika, termal kameralar, pilotsuz uçuş aparatları və s. texnika ilə təmin edəcəyik. Dayanmayacağıq!” - nazir bildirib.