29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu avtobusların hərəkət xətti DƏYİŞDİRİLDİ

12.10.2018

İki marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı şəhəri Səbail rayonu Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq. "DM"