28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa NATO-nun şərq cinahında hərbi mövcudluğunu gücləndirəcək

12.10.2022

Fransa Şərqi Avropadakı hərbi mövcudluğunu tanklar və zirehli texnika ilə gücləndirəcək.

Bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu Senatın Müdafiə Komitəsində dinləmələr zamanı bildirib.

"Paris NATO-nun şərq cinahında hərbi mövcudluğunu gücləndirmək qərarına gəlib. Bunun üçün önümüzdəki həftələrdə Rumıniyada zirehli piyada maşınları və "Leclerc” tanklarının, eləcə də Estoniyada gücləndirici qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur”, - deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, bu qərar NATO-nun şərq cinahındakı vəziyyət və Ukraynadakı hərbi əməliyyatların qəddarlıq dərəcəsi nəzərə alınmaqla qəbul edilib.

Fransa NATO-nun Rumıniyadakı missiyası üçün baza ölkəsi sayılır. Hazırda burada 350 fransız əsgəri, həmçinin Belçika və Niderland qüvvələri mövcuddur.

"Biz həmçinin Litvada müdafiə mövqeyimizi gücləndirməyə davam edəcəyik. Bunun üçün "Rafale” döyüş təyyarələrini yerləşdirəcəyik ki, bu da hava nəzarətini təmin edəcək. Həmçinin Estoniyada 2023-cü ildə gücləndirilmiş piyada qrupunun yerləşdirilməsi planlaşdırılır”, - deyə Lekornyu açıqlama verib.

Mənbə: Ukrinform