28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əliyev və Japarov Bişkekdə mədəni proqramda iştirak ediblər-FOTO

12.10.2022

Oktyabrın 12-də Bişkekdəki "Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.

Prezident.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - "Şırdak”ı təqdim ediblər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olublar. Burada qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilib.

Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxıblar.

Dövlət başçılarına ənənəvi "Salbuurun” ovunun elementləri də nümayiş etdirilib.