25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Lloyd Oustin: "Ukrayna müharibənin dinamikasını öz xeyrinə dəyişib"

12.10.2022

"Ukrayna Silahlı Qüvvələri müharibənin dinamikasını öz xeyrinə dəyişib”.

"DM” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin deyib.

Onun sözlərinə görə, Ukrayna yüzlərlə yaşayış məntəqəsini və minlərlə kvadrat kilometr ərazini Rusiyanın işğalından azad edib: "Biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyik”.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. İclasa Alyansa üzv olan ölkələrin hərbi nazirləri ilə yanaşı, bir neçə dövlət də dəvət olunub. Toplantıda 50-yə yaxın ölkə təmsil olunur. Toplantı çərçivəsində həmçinin Ukrayna ilə bağlı təmas qrupunun iclası keçiriləcək.