03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Bakı və İrəvan danışıqlarında aktivləşir

12.10.2022

ABŞ Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində ən yüksək səviyyədə iştirakını davam etdirəcək.

"DM" xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

Praysın sözlərinə görə, Dövlət katibi Entoni Blinken bu yaxınlarda Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları aparıb:

"Bundan əlavə, tərəflərlə daimi əlaqələri ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Filip Riker aparır. Konkret nəticələr vəd edilə bilməz, lakin proses ABŞ üçün prioritet olaraq qalır”.