03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Qazaxıstana səfərə yola düşüb

12.10.2022

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılmaq üçün bu gün səhər saatlarında Qazaxıstanın paytaxtı Astanaya səfərə yola düşüb.

Səfərdə Türkiyə prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və rabitə direktoru Fahrettin Altun müşayiət edirlər. 

Qeyd olunur ki, Ərdoğan Astanaya səfərinin ilk günündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək, ardınca Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılacaq.

Səfərin ikinci günündə isə Türkiyə prezidentinin əvvəl belaruslu həmkarı Aleksandr Lukaşenko ilə, daha sonra isə Rusiya lideri Vladimir Putinlə təkbətək görüşü gözlənilir.

Mənbə: DHA