03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev qırğızıstanlı həmkarına təşəkkür edib

12.10.2022

"Bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk”.

"DM" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.

"Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.