03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FTX Krım körpüsündə partlayışın təşkilatçısını AÇIQLAYIB

12.10.2022

"Krım körpüsündə partlayışın təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur. Partlayıcı maddə Odessadan yola çıxaraq Bolqarıstan, Gürcüstan və Ermənistan ərazisindən keçməklə çatdırılıb”.

Bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

"Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi tərəfindən müəyyən edilib ki, Krım körpüsündə partlayışın təşkilatçıları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, idarənin əməkdaşları və agentləridir”, - deyə məlumatda bildirilib.

Federal Təhlükəsizlik Xidməti tərəfindən hücumun hazırlanmasında iştirak edən 8 nəfər saxlanılıb.

"Hazırda cinayətin hazırlanmasında iştirak edən beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı cinayət işi çərçivəsində saxlanılıb”, - deyə İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

Ümumilikdə hazırda terror aktının təşkilində əli olan ən azı 12 nəfər müəyyən edilib. Partlayıcı maddənin Bolqarıstandan Gürcüstanın Poti limanına, oradan da Ermənistana ötürülməsinin təşkili işinə Ukrayna vətəndaşları olan 1975-ci il təvəllüdlü Syurkalo Mixail Vladimiroviç, 1979-cu il təvəllüdlü Kovaç Denis Oleqoviç, 1971-ci il təvəllüdlü Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları olan İnosaridze Sandro, Levan adlı broker və Ermənistan vətəndaşı olan 1985-ci il təvəllüdlü Artur Terçanyan cəlb edilib. Ukrayna vətəndaşı olan 1987-ci il təvəllüdlü Volodimir Vasilyeviç Zlob və daha 5 nəfər Rusiya vətəndaşının köməkliyi ilə yükü qəbul edən Krımda mövcud olmayan şirkət kimi göstərilib.

Qurumun məlumatına görə, partlayıcılar Odessadan yola çıxaraq Bolqarıstan, Gürcüstan və Ermənistan keçməklə göndərilib.