03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Podolyak: “Rusiyada inqilabi proseslər baş verəcək”

12.10.2022

"Beynəlxalq birliyin əsas ölkələri başa düşməyə başladılar ki, Rusiya artıq bu formada mövcud olmamalıdır. Rusiya Federasiyası Ukraynaya qarşı başlatdığı müharibədə uduzmalıdır”.

Bu fikirlə Volodimir Zelenskinin Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.

O, bu barədə Volodimir Zelenskinin videokonfransda çıxışından sonra G7 liderlərinin birgə kommünikesini şərh edərkən deyib.

"Cavabını tapmayan yeganə sual beynəlxalq birliyin Ukraynanı mümkün qədər tez zamanda lazımi silahlarla tam təmin etməyə hazır olması ilə bağlıdır. Silahların tədarükü müharibənin yekunlaşmasını kəskin şəkildə sürətləndirəcək. Hərbi əməliyyatlar baxımından Rusiya uduzur. Bu gün Rusiya Federasiyasının yeganə resursu qanadlı raketlər və ərazimizə hücum etdiyi İran pilotsuz təyyarələridir”, - deyə o qeyd edib.

Rusiyanın məğlubiyyətinin necə görünəcəyindən danışan Podolyak bu prosesi mərhələlərə ayırıb. Onun sözlərinə görə, bunlar Rusiyanın Ukrayna ərazisində hərbi məğlubiyyəti, Ukrayna qoşunlarının suveren tanınmış sərhədlərə çıxarılması və Rusiyanın siyasi sisteminin transformasiyasıdır.

"Rusiya siyasi elitasının yaddaşlardan silinməsi qaçılmaz olacaq, çünki onlarla danışılası heç nə yoxdur”, - deyə Podolyak əlavə edib.

Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasında inqilabi proseslər baş verəcək, "zəif demokratiya” yaranacaq. Əsas odur ki, rusiyalıların şovinizminə, imperiya ambisiyalarına göz yumulmasın.

Mənbə: UNİAN