03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Almaniyanın HHM sistemini təhvil alıb

12.10.2022

Almaniya Ukraynaya vəd edilmiş dörd "Iris-T SLM” hava hücumundan müdafiə sistemlərindən birincisini təhvil verib.

Təhvilvermə prosesi Polşa-Ukrayna sərhədi yaxınlığında baş tutub.

 "Diehl Defense” şirkəti tərəfindən hazırlanan silah Almaniyada ən müasir hava hücumundan müdafiə sistemidir.

Quruda yerləşən zenit sistemi ilk növbədə Rusiya ordusunun hava zərbələrini dəf etməklə mülki əhalinin müdafiəsi məqsədi daşıyır.

Böyük şəhərlərin də hava hücumlarından qoruna biləcəyi qeyd edilir.

Zenit raketləri 20 kilometr hündürlükdə və 40 kilometr uzaqlıqdakı hədəfləri vura bilir.

Mənbə: Spiegel