Ukrayna XİN beynəlxalq ictimaiyyətə müraciət edib  
    
                          
     
                         11.10.2022
 
    
                        					Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edib.
"DM” xəbər verir ki, bu barədə qurumun sözçüsü Oleq Nikolenko tviterdə yazıb.
O bildirib ki, bugünkü hücumlar zamanı Kiyevdəki 2 diplomatik bina hədəf alınıb: "Həmin binalara ziyan dəyib. Diplomatların həyatı təhlükəyə atılıb. Bu, müharibə cinayətidir”.
O.Nikolenko beynəlxalq ictimaiyyəti dinc sakinləri qorumaq üçün Ukraynanı müasir raketdən müdafiə sistemləri ilə təmin etməyə çağırıb.