25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev Bişkekdə tarixi kompleksi ziyarət edib-YENİLƏNİB+FOTO

11.10.2022

Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

"DM" xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzərinə gül dəstəsi qoyub.

Məlumat verilib ki, "Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit” - "Ataların məzarlığı” adlandırılıb.

Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan "Urkun” abidəsi də var.

13:55
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

"DM" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.