03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə və Rusiya prezidentlərinin Astanada görüşü gözlənilir

11.10.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstanın paytaxtı Astanada görüşü gözlənilir.

"DM" "France-Presse”ə istinadən xəbər verir ki, görüş oktyabrın 12-də keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində baş tuta bilər.

Xatırladaq ki, daha öncə Kremlin mətbuat katibi Dmitri Peskov da iki ölkə prezidentinin 12 oktyabr görüşünün keçirilməsini istisna etməyib. Peskov həmçinin, onu da qeyd edib ki, Vladimir Putinin Astanaya səfəri planlaşdırılıb.

Kreml rəsmisi həmçinin onu da əlavə edib ki, rəsmi Moskva Türkiyə ərazisində Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-la mümkün ola biləcək danışıqlar barədə konkret təkliflər almayıb, amma bu məsələ Astanada Ərdoğanla görüş zamanı müzakirə oluna bilər.