25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev Qırğızıstana gedəcək

11.10.2022

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-12-də Qırğız Respublikasına dövlət səfəri edəcək.

"DM" xəbər verir ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Sadır Japarov ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, dövlət səfəri çərçivəsində "Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulur.