29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uqandada torpaq sürüşməsi: azı 40 nəfər ölüb, yüzlərlə insan itkin düşüb

12.10.2018

Uqandanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.
"New Vision” nəşrinin yaydığı məlumata görə, Bududa bölgəsində çox sayda ev və iş yeri torpaq altında qalıb.
Torpaq sürüşməsinə oktyabrın 11-də səhər saatlarında başlayan leysan yağışlarının səbəb olduğu bildirilir. Təbii fəlakət nəticəsində ölənlərin sayının artacağı istisna olunmur. Belə ki, bölgənin ucqar rayonlarında yüzlərlə insanın itkin düşdüyü deyilir.
Uqanda Prezidenti Yoveri Museveni təbii fəlakətdən zərər çəkən regionlara xilasedici komandaların göndərildiyini bildirib.