01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus generaldan şok AÇIQLAMA

10.10.2022

Əvvəlcə Ukrayna Rusiyanın rəmzi sayılan "Moskva” kreyserini vurdu. Bu gəmi bizim qürur mənbəyimiz idi. İndi isə Krım körpüsü – Rusiyanın demək olar ən əsas rəmzi...

"DM" xəbər verir ki, bu fikirlərlə "Rossiya 1” telekanalının efirində rusiyalı general, Rusiya müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov çıxış edib.

"Ukrayna Rusiyanın hərbi obyektlərini vurmur. Onlar Rusiyanın rəmzlərini hədəfə alıb. "Moskva” kreyseri ümumiyyətlə Ukrayna döyüşlərində iştrak etmirdi. Onun təyinatı tam fərqli idi. Bu gəminin vurulması yalnız idealoji yük daşıyır. Krım körpüsü də məhz bu səbəbdən hədəf seçilib. Bizdə olan məlumata əsasən, sonrakı hədəf Rusiya Prezidenti Vladimir Putindir”, - deyə o qeyd edib.