01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AŞPA prezidentindən Bakı və İrəvana çağırış

10.10.2022

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa və Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıb.

"DM" xəbər verir ki, bunu Tini Koks Strasburqda AŞPA-nın payız sessiyasının iclasında deyib.

O, son zamanlar Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin insanlara mənfi təsir göstərdiyini vurğulayıb.

"Mən Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram”, - AŞPA sədri bildirib.