29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Prezidenti Moldovaya səfərə dəvət olunub

10.10.2022

Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya səfərə dəvət edilib.

Bu barədə Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı bildirilib.

Moldovanın Baş naziri Nataliya Qavrilitsa deyib:

"Cənab Prezident, Zati-aliləri, sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq. Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha sizə çatdırıram".