29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada həlak olan qardaşlar Zərdabda dəfn ediliblər

10.10.2022

Ukraynada atəş altına düşərək həlak olan qardaşlar Zərdab rayonunda dəfn olunublar.

"DM"-nın  xəbərinə görə, Fəqan və Gülağa Uğurluyev qardaşlarının cənazələri bu gün Zərdab rayonuna gətirilib. Onlar Məmmədqasımlı kənd qəbiristanlığında dəfn ediliblər.

Qeyd edək ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurluyev, qardaşı Fəqan Uğurluyev və daha 2 nəfər Donetskdə avtomobildə atəşə tutulub.

Bazarda ticarətlə məşğul olan həmyerlilərimizin Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulduqları bildirilir.

Onlar hadisə yerində ölüblər.