29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenskidən Kiyevdəki partlayışlardan sonra əhaliyə müraciət edib - VİDEO

10.10.2022

Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciət edib.

O bildirib ki, terrorçularla mübarizə aparırıq, Rusiya İran istehsalı olan "Şahid” raketləri ilə Ukraynanı vurur.

"Onların iki hədəfi var: birincisi, bütün ölkə üzrə-Kiyev vilayəti, Xmelnitski, Lvov və Dnepr, Vinnitsa, Frankivsk bölgələri, Zaparojye, Sumu bölgəsi, Xarkov vilayəti, Jitomir rayonunda enerji obyektlərini vurmaqdır. Onlar çaxnaşma və xaos yaratmaq istəyirlər. Onlar bizim enerji sistemlərimizi məhv etmək istəyirlər. Onlar ümidsizdirlər.

İkinci hədəf isə insanlardır. Mümkün qədər çox zərər vurmaq üçün belə bir vaxt və bu cür hədəflər bilərəkdən seçilib.

Bu gün sığınacaqlarda qalın. Təhlükəsizlik qaydalarına əməl edin.

Həmişə xatırlayın: Ukrayna bu düşmənin gəlişindən əvvəl mövcud idi, ondan sonra da mövcud olacaq”.