29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordumuz Qarabağdakı təxribatçılara xəbərdarlıq edib

10.10.2022

Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təhdidinə qətiyyətlə cavab verməyə hər an hazırdır.

"DM" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

"Hər kəs bilsin ki, "Dəmir yumruq” yerindədir. Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirlərsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər”, - polkovnik vurğulayıb.