29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bolton: Bu halda Putin hərbi hədəfimiz olacaq

10.10.2022

Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadə edərsə, intihar məktubunu imzalayacaq. Ruslar başa düşməlidirlər ki, bu hal Ali Baş Komandanı qanuni hərbi hədəfə çevirəcək.

"DM" xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq müşaviri Con Bolton deyib.

"Putin Rusiya ordusunun qərar qəbuletmə və nəzarət mərkəzidir. Biz buna "milli komandanlıq orqanı” deyirik. Putin qanuni hərbi hədəfdir. Bizim də edə biləcəyimiz bir çox başqa şeylər var, lakin Putin bilməlidir ki, o, hədəflər siyahımızdadır”, - o bildirib.

Ağ Evin keçmiş müşaviri nüvə silahından istifadənin qaçılmaz olduğuna inanmadığını deyib.