02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Satanovski: Yaxın günlərdə bu qaz kəməri partladılacaq

07.10.2022

"Şimal axını” qaz kəmərindəki teror aktından sonra Qərbin bəzi xüsusi qüvvələri Rusiyadan başlayıb Qara dəniz üzərindən Türkiyəyə uzanan "Türk axını” təbii qaz boru xəttini partladacaq.

"DM" xəbər verir ki, bu fikirlərlə "Rossiya 1” telekanalının efirində yayımlanan "Solovyovla axşam” verlişinin canlı yayımı zamanı ermənipərəst mövqeyi ilə seçilən rusiyalı politoloq Yevgeniy Satanovski çıxış edib.

"Qərbin hazırki məqsədi Rusiya qazının Avropa ölkələrinə tədarükünü dayandırmaqdır. Planın ilk mərhələsi "Şimal axını” qaz kəmərini sıradan çıxarmaq, daha sonra isə "Türk axını” təbii qaz boru xəttini partlatmaqdır. ABŞ Rusiyanı vurmaqdan ötrü Avropanı qurban verir”, - deyə o qeyd edib.