02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna “Şahid”ləri vurur, İran isə təkzib edir

07.10.2022

İran Ukraynada hərbi əməliyyatlarda istifadə etmək üçün Rusiyaya silah verməyib və bundan sonra da verməyəcək.

"DM" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Bir sıra dövlətlərin Kiyevə hərbi dəstək göstərməsinə baxmayaraq, biz Ukraynada müharibə aparmaq üçün Rusiyaya heç bir silah verməmişik və verməyəcəyik. Hesab edirik ki, bu böhranın həlli siyasi müstəvidədir və münaqişə tərəflərinə hər hansı silah tədarükü sülh yolu ilə həll perspektivlərini təxirə salır”, - Abdullahian bildirib.

Qeyd edək ki, Ukrayna ordusu artıq İrana məxsus onlarla "Şahid” kamikadze-dronu vurduğunu elan edib. Həmçinin Rusiyaya PUA verdiyi üçün İranla diplomatik əlaqələr aşağı səviyyəyə keçirilib və iranlı tələbələr Ukraynadan qovulub.