02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada PUA aviabazaya düşərək partlayıb

07.10.2022

Rusiyanın Kaluqa vilayətində, Şaykovka aerodromunda partlayış baş verib.

Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün "Telegram” kanalında xəbər verib.

"Bu gün Kaluqa vilayətində Şaykovka hərbi aerodromunda partlayış baş verib. Pilotsuz təyyarə düşüb, ehtimal ki, sərhəd tərəfdən gəlib”, - deyə vilayət rəhbəri bildirib.

Onun məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Aerodromun özünün infrastrukturuna və avadanlıqlarına ziyan dəyməyib. Aerodromun fəaliyyətinə heç bir təhlükə yoxdur.

"Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Hadisənin bütün səbəbləri və şəraiti müəyyən edilir”, - deyə Şapşa əlavə edib.