01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stepanyan: Bu halda Ermənistan xarabalığa dönəcək

07.10.2022

Bu günlərdə Ermənistan cəmiyyəti respublikanın KTMT-dən çıxmasını hakimiyyətdən tələb edir. Ancaq siyasi və məntiqi analiz qabiliyyəti olanlar çox gözəl anlayır ki, Ermənistan KTMT-dən çıxsa, xarabalığa çevriləcək.

"DM" xəbər verir ki, bu sözləri "Review” verlişinin efiri zamanı erməni alim, tarix elmləri doktoru, professor Xaçatur Stepanyan deyib.

"Ermənilər anlamır ki, KTMT-dən çıxsaq, İrəvan küçələrində qan su yerinə axacaq. Bizə heç düşmən lazım olmayacaq. Daxili siyasi qarşıdurmalar xaosa səbəb olacaq. Ermənistan səhralığa dönəcək. Anlamalıyıq ki, "KTMT-dən çıxmaq” ssenarisi Qərbin qrantları hesabına reallaşır. Hər tərəf məhbuslarla dolu olacaq, qeyri-insani qətllər baş verəcək”, - professor qeyd edib.