01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güney və quzeyli azərbaycanlılar İzmirdə görüşüb

06.10.2022

Bu gün bir qrup Güney azerbaycanlı İzmir şəhərindəki Azərbaycan Kültür və Dayanışma Dərnəyini ziyarət edib.

"DM" xəbər verir ki, Güney Azərbaycandan olan jurnalist Məsud Haray dərnəyin rəhbəri Əşrəf Tuna və idarə heyətinə İrandakı son durum və Güneydəki vəziyyət barədə məlumat verib. O, hazırda İrandakı etirazların davam etdiyini bildirib.

Məsud Haray Urmu gölünün qurudulması, bununla türklərin bölgədən köçməyə məcbur edildiklərini da vurğulayıb.

Əşrəf Tuna da öz növbəsində hər zaman Güney Azerbaycanın yanında olduqlarını, İzmirdə Güneyin səsi olmaq üçün əllərindən gələni edəcəklərini bildirib.